Yüngül atletika üzrə dünya rekordçusu Useyn Bolt bu dəfə qüvvəsini futbolda sınayacaq.
Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, yamaykalı sprinter uzun müddətdir ki, arzu etdiyi "Mançester Yunayted" forması geyəcək.
Belə ki, avqustun 9-u "Old Trafford"da "Sevilya" ilə baş tutacaq yoldaşlıq matçında Bolt da iştirak edəcək.
Xatırladaq ki, bundan əvvəl açıqlamlarında fərqli futbolçu olacağını deyən Bolt "MY"nın sabiq baş məşqçisi Aleks Fergüssonun onun oyunçu olaraq dəvət edəcəyi təqdirdə, bu təklifi rədd etməyəcəyini bildirmişdi.
Qeyd edək ki, 26 yaşlı sprinter "qırmızı şeytanlar"da fərqli nömrə (963) altında çıxış edəcək.
İdman24.az