Aqil Məmmədov "Xəzər Lənkəran"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi meydançanın vəziyyətindən şikayətlənib:
“Düzdü, rəqib komanda “Xəzər Lənkəran” 10 nəfərlə oynasa belə, üstünlük bizdə deyildi. Bu gün bizim günümüz idi. Qələbə bizə vacib 3 xal qazandırdı. Meydançanın ot örtüyü yaxşı deyildi. Bəzən futbolçular topla yox, meydança ilə mübarizə aparırdılar. Komandaya yeni futbolçular cəlb olunub. Düşünürəm ki, onların da gələcək oyunlarda bizə köməyi dəyəcək”.
Fanat.az