"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin yeni qapıçı transferindən danışıb. Fanat.az xəbər verir ki, türk mütəxəssis heyətə qatmaq istədikləri qolkiperlə danışıqların davam etdiyini deyib.
"Maraqlandığımız qapıçı var. Onunla danışıqlar son mərhələdədi" deyə Çətin bildirib.
"Xəzər Lənkəran"ın baş məşqçisi "Sumqayıt"la oyunda qırmızı vərəqə alan Orxan Sadıqlı barədə də danışıb: "Onun təcrübəsinin az olması öz sözünü deyir. Orxan çempionata pis başladı. Bununla belə, komandada qalacaq. Qapıçıdan başqa transferimiz olmayacaq".
Fanat.az