11:37 17.08.2014 575

Berti Foqts: "Millinin bu heyəti ajiotaj yaratmamalıdı"

"İndidən Topaz Premyer Liqası barədə fikir yürütmək tezdi. Çempionat yeni başlayıb. Klublarımızın nə durumda olduğuna qarşıdakı turlarda aydınlıq gələcək. Futbolçular hələ öz üzərində işləməlidilər". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
 
Topaz Premyer Liqasının II turunda “Xəzər Lənkəran” - “Sumqayıt” matçını (0:1) izləyən almaniyalı mütəxəssis meydan sahiblərinin kapitanı Rahid Əmirquliyevin müdafiənin sağ cinahında yer almasına münasibət bildirib: “Rahid müdafiənin sağ cinahında yer alıb. Bu barədə nəsə deyə bilmərəm. Çünki klubun baş məşqçisinin seçimi belədi. Amma müdafiənin sağ cinahı Əmirquliyev üçün ideal mövqe deyil. Onun əsl oynadığı mövqe hər kəsə bəllidi”.
 
Millinin Özbəkistanla keçirəcəyi yoldaşlıq görüşünə dəvət etdiyi futbolçular haqqında da danışan Foqtsun fikrincə, həmin heyət ictimaiyyətdə ajiotaj yaratmamalıdı: “Düzdü, komandaya 11 milliləşdirilmiş futbolçu çağırılıb. Amma onlar hamısı Azərbaycan vətəndaşlarıdı. Daha çox gəncləri çağırmışam. Çünki Avropa Liqasının pley-off mərhələsindəki oyunlara förə, “Qarabağ” və “Neftçi”nin futbolçuları millinin düşərgəsində olmayacaqlar. Başqa futbolçuları yoxlamaq imkanımız var. Bunun üçün çağırmışam. Kiyan Soltanpura gəlincə, onu sınayıb, sonra haqqında qərar verəcəm. Məncə, millinin bu heyəti ajiotaj yaratmamalıdı”.
 
Sentyabrın 9-da 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Bakıda Bolqarıstana qarşılaşacaq komandamız bundan 6 gün əvvəl Moskvada Rusiya ilə yoldaşlıq matçında üz-üzə gələcək ki, bu da futbolçularda yorğunluq yarada bilər. Amma Foqtsun sözlərinə görə, burada hansısa problemlə üzləşəcəyindən çəkinmir: “Rusiya ilə səfər matçı komandamız üçün heç də asan keçməyəcək. Aradakı vaxta gəlincə, futbolçuların bu yoldaşlıq görüşündən sonra hələ 6 gün vaxtı olacaq. Ona görə də hansısa problemin yaranacağını düşünmürəm”.

Foqts klublarımızın Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri oyunlarla bağlı mövqeyini açıqlayıb. Alman mütəxəssis bildirib ki, həm “Qarabağ”, həm də “Neftçi”ni qarşıda 2 çətin görüş gözləyir: “Qarabağ” “Tvente” ilə qarşılaşacaq. Əgər təmsilçimiz “Zalsburq”a qarşı Bakıda göstərdiyi oyunu nümayiş etdirə bilsə, o zaman mərhələ keçmək şansı çox olacaq. İnanıram ki, “Qarabağ” mərhələ adlayacaq. “Partizan”la üz-üzə gələcək “Neftçi”nin də şansı az deyil".

Hər iki komandamızın qrupda oynaya biləcəyini deyən Foqts, “Qarabağ”ın “Tvente” ilə görüşünü izləyəcəyini söyləyib.

apasport.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X