Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti yayıb.
Yeni yaradılan akademiya milli komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün bütün zəruri şəraitlə təmin olunub. Burada həm peşəkar idmançılar, həm də bilyardı yeni öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuş xüsusi proqramlar mövcuddur.
Bu gün akademiyada xaricdən dəvət olunmuş tanınmış mütəxəssis, beynəlxalq təcrübəyə malik məşqçi və bir çox aparıcı oyunçuların şəxsi məşqçisi olmuş Ağacan Piriyevin rəhbərliyi ilə seminar keçirilib. Seminar iştirakçılarına nəzəri biliklər, texniki yanaşmalar və peşəkar inkişaf istiqamətləri üzrə tövsiyələr verilib.