Azərbaycanın iki idmançısı dopinqə görə cəzalanıb.
Fanat.Az xəbər verir ki, bu barədə AMADA məlumat yayıb.
Karateçi İlkin Abaslı qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya cəhdə görə 24 aylıq diskvalifikasiya edilib.
Boksçu Rüfət Nəbiyev isə məkan məlumatı pozuntusu səbəbindən iki il müddətinə cəzalandırılıb.
Bu ilin mayın 29-dan qüvvəyə minən cəzanın müddəti 2027-ci ildə bitəcək.