"Mançester Yunayted"dən ayrılmaq istəyən Ueyn Runinin taleyi ilə bağlı açıqlamalar gəlməkdə davam edir.
İdman24.az xəbər verir ki, klubun əfsanəvi oyunçularından olan Bryan Robson Runiyə "Qırmızı Şeytanlar"ın azarkeşlərinin sərt reaksiya göstərməyəcəklərinə əmindir. Robson "Əgər Runi mövsümə yaxşı başlarsa, azarkeşlər onu bağışlayar. O, meydanda istədiyi hər şeyi edə biləcək qüvvəyə malik oyunçudur", deyib.
İdman24.az