Azərbaycanın boks üzrə yığma komandasının baş məşqçisi Vladimir Zolotaryov istefaya göndərilib. Fanat.az xəbər verir ki, millimizin yeni baş məşqçisi kubalı Pedro Rok Otano təyin edilib.
Son vaxtlaradək ABŞ yığmasını çalışdıran Otano özü ilə yeni köməkçilərini də gətirəcək. Belə ki, Zolotaryovla yanaşı, digər mütəxəssislər də istefaya göndərilib.
Qeyd edək ki, rusiyalı mütəxəssisin işlədiyi dövrdə milli komandamız 2 dəfə dünya çempionluğu sevinci yaşayıb: Məhəmmədrəsul Məcidov və Cavid Çələbiyev Bakıda keçirilən DÇ-də ölkəmiz adına qızıl medallar qazanıblar.
Fanat.az