Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin istefa verəcəyi ilə bağlı məlumatlar dolaşır.
İdman24.az-ın məlumatına görə, türk mətbuatı klub rəhbərliyinin seçkiyə getməsilə Əli Dürüst, Abdürrəhim Albayraq, Cəlal Gürcan kimi dostlarını itirən Fatih Teriminin də istefa verəcəyini yazıb.
"Qalatasaray"ın böyüməsi və dərnəklikdən çıxıb kluba çevrilməsi üçün idarə heyətinin kiçilməsi və idarəçilərin professionallaşmasının vacibliyini bildirən klub prezidentin Ünal Aysal bunu tez bir zamanda həyata keçirmək istəyir.
Belə olan təqdirdə klubun idarə heyətininm bir çox üzvü istefa verməyə məcbur olacaq. Baş məşqçi Fatih Terimin də klubdakı dostlarını itirəcəyi üçün istefa verəcəyi gözlənilir.
İdman24.az