Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, flaqman hazırlıq çərçivəsində beşinci yoxlama oyununa çıxıb.
Belə ki, komandamız bu gün Rusiya premyer-liqası təmsilçisi “Terek”lə üz-üzə gəlib. “Neftçi” ötən mövsümü 8-ci pillədə başa vuran Yuri Krasnojanın yetirmələrinə qalib gələ bilməyib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
“Terek”lə “Neftçi” ötən ilin yanvarında Antalyada Çeçenistanın sabiq prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş turnirdə də üz-üzə gəlib. Həmin vaxt bakılılar 3-cülük uğrunda görüşdə Çeçenistan təmsilçisini 3:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, “Neftçi” “Terek”ə qədər “Volqa” (0:1), Kottbus “Energi”si (0:2) və “Makkabi”yə (0:3) uduzub. Son 3 qat çempion yalnız Almaniyanın aşağı dəstə klubu Burqhauzen “Vakker”indən üstün olub – 3:0.
NEFTÇİ (AZƏRBAYCAN) – Terek (Rusiya) - 0:0
Vörql qəsəbəsi
İdman24.az