15:47 29.08.2014 597

Reallığa söykənən real qiymət

Vaxt çatdı, vədə yetişdi. Azərbaycanın 2014-2015 mövsümündə avrokuboklardakı çıxışına nəzər salmağın vaxtıdı. Yox, yatmamışam, "Qarabağ"ın hələ də "at oynadacağı"ndan xəbərim var. Lakin populist ifadələrə deyil, reallığa söykənərək hesab edirəm ki, qrup mərhələsi bu gün Azərbaycan üçün son həddi. "Qarabağ" haqda hələlik bu qədər.


Avrokuboklara 4 komanda ilə yollanan Azərbaycan ilk qurbanını "Qəbələ" ilə verdi. Əslində "Qəbələ"nin bu turnirdə uğursuz çıxış edəcəyi Yuri Syomin komandanı tərk etdikdən sonra məlum idi. Daha sonra baş məşqçi axtarışı və məlum fiasko yekunda avrokuboklarda debüt edən bu klubun ilk mərhələdəcə Avroliqaya hazır olmadıqlarını ortaya qoydu. "Debütant idilər" deyənlərlə razılaşa bilmirəm. Çünki "Qəbələ"də zəngin beynəlxalq təcrübəyə malik kifayət qədər futbolçu toplaşıb. Ancaq məsələyə "Qəbələ" yox, Azərbaycan prizmasından yanaşsaq, klublarımızdan yalnız birinin məğlub olmasını normal hal kimi qəbul etməliyik.

"İnter"in Azərbaycanın ən bədbəxt komandası olması çoxdan aksioma çevrilib. İlk mərhələni daim adlayan "bankirlər" növbəti raundda mütləq penalti seriyasında büdrəməlidi. Bu dəfə də istisna olmadı. İsveç "Elfsborq"undan daha baxımlı futbol sərgiləyən Kaxaber Tsxadadzenin yetirmələri səfərdə əldə etdikləri onlarla qol imkanını boşa verməyin acısını Bakıda çəkdilər. Qərəz, 2-ci addımında Azərbaycan daha bir qurban verdi. "Neftçi" və "Qarabağ" isə yolunu davam edirdi...

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" büdrəsə də, bir ilkə imza atdı. Ağdamlılar Çempionlar Liqasının III təsnifat mərhələsində qələbə qazanan ilk klubumuz oldu. Əsas da odur ki, klub reytinqimizi artırdılar. Avropa Liqasının III təsnifat mərhələsində də itki baş vermədi. Nəticədə Azərbaycan ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsində 2 klubla təmsil olundu...

"Ağ-qaralar" "Partizan" səddini aşa bilmədilər və nəticədə 2-ci dəfə Avropa Liqasının qrupunda iştirak etmək imkanından məhrum oldular. "Qarabağ" isə "Partizan"dan güclü "Tvente"ni də əzməyi bacardı. 

Beləliklə, faktiki olaraq 4 klubumuzdan 3-nün çıxışını müsbət saymaq olar. "İnter"in bəxti gətirmədi, "Neftçi" bu günə olan potensialına uyğun nəticəyə imza atdı, "Qarabağ" isə maksimumunu verdi. Yox, "Zaltsburq"u keçmək üçün Azərbaycan çempionunun potensialı yox idi. Yenə də təkrar edirəm, populist çıxışlarla deyil, futbol fəlsəfəsi, ifaçılar, qarşılaşdığın rəqiblərin fiziki durumu - bu faktorlar qarşısında bir əzmkarlıq, bir də hansısa bir istedada güvənərək, "biz qalib gəlməli idik", - deməklə deyil. Şnasın 40-60 nisbətində olduqda, nəyəsə ümid edə bilərsən. Başqa sözlə, "Qarabağ" bu gün Azərbaycan klub futbolunun səviyyəsinə uyğun (bəlkə də bir az da artıq) çıxış etdi. 

Quru, əsassız tənqidlə iş bitmir. Bu il 2 Azərbaycan klubu Avropa Liqasının pley-off mərhələsində iştirak etdilər. Kim əvvəlcədən belə bir nəticəni proqnozlaşdıra bilərdi? Hər avrokubok mövsümü gələndə hamımızın canına vəlvələ düşür ki, görəsən heç olmasa bir klubumuz pley-offa qədər irəliləyə biləcək?! Reallıq budur ki, cari mövsümü klublarımızın aktivinə yazmaq lazımdı. Bu gün "Neftçi" pley-offa qədər gələ bilibsə, bu, uğurdu. O başqa məsələ ki, Azərbaycan Kubokunun sahibinin ev oyunlarında qalib gələ bilməməsi siqnalına vaxtında reaksiya verilməli idi. Ancaq bu, başqa yazının mövzusudu. Hələliksə gəlin reallığa söykənən həqiqətə real qiymət verək: Azərbaycan klublarının cari avrokubok mövsümü olduqca uğurlu alındı.

Ceyhun Əliyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X