“Sumqayıt” növbəti transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, "kimyaçılar" Cavid Tağıyevlə güclənib.
Son mövsümü "Zirə"də keçirən 25 yaşlı yarımmüdafiəçinin "qartallar"la gələn ilin yayına qədər müqaviləsi qalsa da, tərəflər qarşılıqlı razılıq əsasında sözləşməni pozmuşdu. Yeni klubu Tağıyevi təzminat ödəmədən rənglərinə bağlayıb.
Tərəflər arasında münasibətlər bu gün rəsmiləşdirilib. Razılaşmaya əsasən, Cavid qarşıdakı 1 il ərzində “Sumqayıt”ın formasını geyinəcək.
Qeyd edək ki, “Sumqayıt” bu gün daha iki futbolçunu – Tural Axundov və Cavid İmamverdiyevi transfer edib.
Fanat.Az