Milli komandamız AVRO-2016-nın seçmə mərhələsinin startından əvvəl son yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamızın rəqibi Rusiya olub.
Moskvadakı "Ximki Arena"da baş tutanr oyun millimizin darmadağını ilə yekunlaşıb. 6-cı dəqiqədə hesabı açan Aleksandr Kerjakov cəmi 6 dəqiqə sonra dublunu rəsmiləşdirib. 41-ci dəqiqədə Sergey İqnaşeviç fərqi artırıb. Son nöqtəni isə 81-ci dəqiqədə Vladimir Qranat qoyub.
Qeyd edək ki, bu Azərbaycan və Rusiya yığmaları arasında 5-ci matç olub. Komandalar DÇ-2010 və DÇ-2014-ün seçmə mərhələlərində qarşılaşıb. Hər iki halda Rusiya ilk oyunları qazanıb (2:0, 1:0), cavab oyunları sülhlə bitib (hər ikisi 1:1).
Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 9-da Bolqarıstana qarşı keçirəcək. AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq oyun "Bakcell Arena"da keçiriləcək və saat 21.00-da başlayacaq.
Yoldaşlıq oyunu
3 sentyabr
Rusiya - Azərbaycan 4:0
Qollar: Aleksandr Kerjakov, 6; 12. Sergey İqnaşeviç, 41. Vladimir Qranat, 81.
Rusiya: İqor Akinfeyev (Yuri Lodigin, 46), İqor Smolnikov, Vasili Berezutski, Sergey İqnaşeviç (Vladimir Qranat, 46), Dmitri Kombarov (Sergey Parşivlyuk, 71), Denis Qluşakov, Alan Dzaqoyev, Oleq Şatov (Manomed Ozdoyev, 46), Denis Çerışev (Aleksey İonov, 82), Dmitri Poloz (Aleksandr Səmədov, 76), Aleksandr Kerjakov.
Ehtiyat oyunçular: Yuri Qazinski, Andrey Semyonov, Maksim Kanunnikov, Artyom Rebrov, Kirill Nababkin, Aleksandr Kokorin, Viktor Fayzulin.
Baş məşqçi: Fabio Kapello.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Bədavi Hüseynov (8. Qara Qarayev, 46), 3. Rasim Ramaldanov, 9. Cihan Özkara (16. Cavid Hüseynov, 57), 10. Rüfət Dadaşov (7. Vaqif Cavadov, 46), 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (4. Mahir Şükürov, 71), 17. Vüqar Nadirov, 21. Ruslan Əmircanov, 25. İlkin Qırtımov (19. Rahid Əmirquliyev, 46).
Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 12. Emil Balayev, 5. Elvin Yunuszadə, 11. Rauf Əliyev, 20. Ufuk Budak, 27. Araz Abdullayev.
Baş məşqçi: Berti Foqts.
Sarı vərəqə: Dmitri Poloz, 31.
Hakimlər: Rövşən İrmatov, Abduhamidulla Rəsulov, Əlişir Osmanov (Özbəkistan).
Moskva. "Ximki Arena".
Fanat.az