Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Metallurg” (Makedoniya) matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, qarşılaşmaya artıq 3 mindən çox bilet satılıb.
Amma oyun saatına qədər bu göstəricinin daha da artacağı şübhəsizdi.
Qeyd edək ki, "Qarabağ" - "Metallurq" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında Makedoniyada baş tutan ilk görüşdə ağdamlılar 1:0 hesablı qələbəyə sevinmişdilər.
İdman24.az