Əli Sahib
“Rəvan”sız çempionatın heç ləzzəti yoxdu.
Bir çox yenilikləri ilə özünü bizə “sevdirdi” və getdi.
“Peşəkar” futbolda “karusel”in necə olmasını göstərdi, getdi.
Getdi...
Yerini “Araz Naxçıvan”a verdi...
O kluba ki, çempionatda heç 5 tur tab gətirə bilmir.
Heyif, çox heyif.
Ramil gedirdi, Bəhmən gəlirdi, Bəhmən gedirdi, Vladislav gəlirdi, Vladislav gedirdi, Ramil gəlirdi....
Və yenidən, yenidən, yenidən...
Offff... Ləzzət!
Vitse-prezident məsələsində də belə idi. Biri deyirdi Bəhruz Şirəliyev getdi, Fizuli Əliyev gəldi. Səhərisi məlum olurdu ki, Fizuli də ordadı, Şirəliyev də, amma dünənki məşqçi yoxdu.
Biri “ambassador”du, biri isə vitse.
Sonda məlum olurdu ki, sən demə rəhbərlik hər ikisinə ayrı-ayrılıqda “klub sənlikdi” deyirmiş.
Muncuq məsələsi...
“Rəvan” çempionatda qalsaydı, yeni ştatlar da açılardı. Məsələn, Hakimlər məsələləri üzrə xoşməqamlı (müəll. - xoşməramlı yox ha!!!) səfir, klub prezidentinin sağdışı, sağdışın müşaviri, müşavirinin solduşu, xidmətçinin “şoferi” və s.
Hələ bir dostumuzu da orada itirdik.
Elvin Yaqubovu deyirəm. Mətbuat katibi idi. İndi olmasın, rəhmətlik klub haqqında yazılan bütün tənqidlərə reaksiya verirdi.
Deyəndə ki, hər yazının üstündə ...
Eh nə isə.
Onun da torbasını Tüleyman demişkən, tikdilər.
Bilmək olmaz, qayıda bilər.
Amma təklif edirəm ki, “ambassador” kimi qayıtsın.
Təki qayıtsın...
“Rəvan” da qayıtsın. Ənənələrinə sahib çıxsın.