Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirində Azərbaycan yığması 1/2 final mərhələsinə vəsiqə qazanıb.
Komandamız 1/4 final oyununda Bəhreyn yığması ilə qarşılaşıb. Oyunda hesabı Elnur Abdulov açıb. Lakin ardıcıl 2 qol vuran bəhreyni futbolçular üstünlüyə yiyələnib. Ruslan Qurbanovun fəqrlənməsi ilə hesabda tarazlıq yaranıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda Rəhman Hacıyevin vurduğu qol qarşılaşmada sonuncu olub və yığmamız yarımfinala yüksəlib.
Finala vəsiqə uğrunda oyunda yığmamızın rəqibi Oman komandası olacaq. Bu komandalar iyulun 12-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da qarşılaşacaq.
İdman24.az