Futzal üzrə milli komandamızın sabiq baş məşqçisi Elman Ələkbərov Fanat.az-a açıqlama verib. Mütəxəssis yeni yaranan futzal klublarının bir müddət sonra dağılmasının səbəbini açıqlayıb:
"Bunun əsas səbəbkarı klubların sahibləridi. Onlar hesab edirlər ki, yaratdıqları klub bir il ərzində UEFA kubounu qazanacaq. "Araz" Avropada uğur qazanmaq üçün neçə illər gözləyib, nə qədər əziyyət çəkib. Amma bəzilərinin rəhbərləri hesab edir ki, pul ayırıblarsa, həmin il çempion olmalı, növbəti ildə UEFA kubokunun "Dördlər finalı"nda oynamalıdılar. İstəkləri baş tutmayanda da klublar dağılır".
Fanat.az