Topaz Premyer Liqasının 2013/14 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Aqil Məmmədovun rəhbərliyi altında komanda Sumqayıt İdman Mərkəzində "Neftçala" ilə yoxlama oyunu keçirib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "Sumqayıt"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt" FK-dan qolu Bayram Nuruzadə vurub.
Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl AZAL-la yoxlama oyunu keçirmişdi (0:0).
İdman24.az