Topaz Premyer Liqasının V turunda "İnter"i qəbul edəcək "Araz Naxçıvan" məşqlərini davam etdirir. Fanat.az xəbər verir ki, sentyabrın 4-dən etibarən gündə iki dəfə məşq edən "qırmızı-ağlar" dünən ikitərəfli oyunda qüvvəsini sınayıb.
Əvəzedici heyət futbolçularının da iştirak etdiyi qarşılaşmada bir qol vurulub. Belə ki, əsas komanda kimi meydana çıxan "qırmızılar"ın heyətində Eşqin Quliyev fərqlənib.
Qeyd edək ki, bu gün futbolçular bir məşqlə kifayətlənəcək.
Fanat.az