Avropa Liqasının I təsnifat mərhələsində Makedoniya “Metallurq”unu 1:0 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi skopyelilərlə qarşılaşmadakı qələbə ilə avrokuboklarda ən çox qalib gələn Azərbaycan klubu olub.
Onlar qitə miqyaslı turnirlərdə 36-cı oyununda qazandığı 13-cü qələbə ilə “Neftçi” ni arxada qoyub. Buna qədər “Neftçi” və “Qarabağ”ın hərəsinin aktivində 12 qələbə var idi.
Qeyd edək ki, ağdamlılar digər 23 matçda 8 heç-heçə edib və 15 dəfə uduzub. Bi görüşlərdə 34 qol vuran komanda 58- ni buraxıb.
İdman24.az