Topaz Premyer Liqasında mövsümün ilk "Böyük oyun"u baş tutub. Fanat.az xəbər verir ki, "Neftçi" və "Xəzər Lənkəran" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qarşılaşıb.
Oyunun taleyini bir qol həll edib. 28-ci dəqiqədə rəqib qapısına yol tapan Flavinyo "Neftçi"yə 1:0 hesablı qələbə qazandırıb. 40-cı dəqiqədə Əliyar Ağayev Saşa Stamenkoviçi meydandan qovaraq "Neftçi"ni azlıqda qoysa da, "Xəzər Lənkəran" cavab qolunu vura bilməyib. Qonaq komandanın oyunçusu Tyeqo 90+3-cü dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, bu komandalar arasında 34-cü qarşılaşma olub. Əzəli rəqiblər 30 dəfə Premyer Liqada, 3 dəfə kubokda, 1 dəfə Superkubokda qarşılaşıb. "Neftçi" 11, "Xəzər Lənkəran" 9 qələbə qazanıb, 14 matç "sülh"lə bitib. Bakılıların 37 qoluna lənkəranlılar 30 dəfə cavab verib. "Neftçi"nin baş məşqçi postuna 3 ildən sonra qayıdan Arif Əsədov 10-cu "Böyük oyun" həyacınını yaşayıb. Oğuz Çətin isə ilk dəfə derbiyə baş məşqçi kimi çıxıb. "Böyük oyun"ların ən məhsuldar oyunçusu Flavinyodu. Bugünkü matçın yeganə qoluna imza atan braziliyalı "Böyük oyunlarda 8 dəfə fərqlənib. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə indi rəqib düşərgədə olan Julius Vobaydı - 3 qol.
Premyer Liqa
2013/14 mövsümü
I dövrə, V tur
13 sentyabr
Neftçi - Xəzər Lənkəran 1:0
Qol: Flavinyo, 28.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (15. Erik Ramos, 60), 11. Nikolas Kanales (12. Pavel Doroşev, 43), 16. Bruno Bertuççi, 18. Kaue, 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov (28. Emin Mehdiyev, 70), 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 3. Denis Silva, 10. Julius Vobay, 14. Elnur Allahverdiyev, 17. Nicat Qurbanov.
Baş məşqçi: Arif Əsədov.
Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov (7. Sadio Tounkara, 46), 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (22. Əfran İsmayılov, 46), 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 13. Aleksandr Şemonayev, 33. Rasim Ramaldanov, 97. Elnur Cəfərov, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.
Sarı vərəqələr: Flavinyo, 38 (qeyri idman hərəkəti). Elvin Yunuszadə, 52 (rəqibi tutduğuna görə). Pavel Doroşev, 74 (oyunun bərpasını gecikdirdiyinə görə). Bruno Bertuççi, 87 (rəqibi tutduğuna görə) - Rahid Əmirquliyev, 38 (qeyri idman hərəkəti). Tyeqo, 63 (qeyri idman hərəkəti); 90+3 (qeyri idman hərəkəti).
Qırmızı vərəqələr: Saşa Stamenkoviç, 40 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə) - Tyeqo, 90+3.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim- inspektor: Əli Hüseynov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 2000 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | İnter | 5 | 3 | 1 | 1 | 12:3 | 10 |
2 | Sumqayıt | 4 | 3 | 0 | 1 | 6:5 | 9 |
3 | Neftçi | 4 | 3 | 0 | 1 | 4:4 | 9 |
4 | Qəbələ | 5 | 3 | 0 | 2 | 6:7 | 9 |
5 | Simurq | 4 | 2 | 0 | 2 | 6:4 | 6 |
6 | Qarabağ | 4 | 1 | 2 | 1 | 5:5 | 5 |
7 | AZAL | 4 | 1 | 1 | 2 | 3:7 | 4 |
8 | Xəzər L | 5 | 1 | 1 | 3 | 2:5 | 4 |
9 | Araz N | 3 | 1 | 0 | 2 | 3:2 | 3 |
10 | Bakı | 3 | 0 | 1 | 2 | 2:5 | 1 |
Bombardirlər: | Mikel Alvaro (İnter) - 4. Rəşad Eyyubov (Simurq) - 3. |
Fanat.az