Aqil Məmmədov "Bakı" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi ilk yarıda komandasından razı qalmayıb:
"Bilirdik ki, çox çətin olacaq. Döyüşən komandaya qarşı oynadıq. İlk hissədə komandamdan razı qalmadım. İkinci hissədə isə toparlandıq və lazımi nəticəni əldə etdik. Bu oyunda azarkeşlərin də dəstəyini hiss elədik. Oyunun gedişində zədə alan Slavik Alxasovun vəziyyəti ciddi deyil. Yaxın günlərdə komandaya qoşulacaq".
Fanat.az