"İnter"in prezidenti Georgi Nikolov öz bloqunda Naxçıvan səfəri haqda yazıb. Fanat.az xəbər verir ki, "Araz Naxçıvan"la görüşdən sonra klub rəsmisi Muxtar Respublikanın paytaxtına heyran qaldığını bildirib.
"Təyyarə enişə gedir. İllüminatordakı görüntü olduqca qeyri-adidi. Heç vaxt Naxçıvanda olmamışdım. Ancaq gördüklərim mənə nəyisə xatırlatdı. Boz-narıncı-çəhrayi rəngarənglik, nəhəng qayalar...
Naxçıvan gözəl şəhərdi. Geniş, təmiz küçələr, yenilənmiş binalar, teatr, muzey, parklar, göllər, ördəklər heç kimə mane olmadan üzürlər. Tıxac yox, sürücülər sakitdirlər, heç kim siqnal vermir. Çox rahat paytaxtdı.
Havası da ki... Belə də, pis deyil. İstidirsə - qoy isti olsun, əsl paytaxt istisi. Stadiondakı azarkeşlərin demək olar ki, hamısı gündən qorunmaq üçün çətirlədirlər.
Stadion yığcamdı, amma gözoxşayandı. Tribunalarda örtük yoxdu, şərait qədimidi, nəzərdə tutulmayıb.
Ancaq şikayət etmirəm, axı məhz bu cür şəraitdə insan özünü əsl fanat kimi hiss edir. Yeri gəlmişkən, üst sırada Muxtar Respublikanın rəhbər şəxsləri əyləşmişdilər, ancaq onlara hansısa VİP-loja nəzərdə tutulmayıb - hamı necə, onlar da elə. Əhsən, rəhbərlik və xalq öz komandalarına birlikdə azarkeşlik edirlər.
"Qırmızı-ağlar" meydanda pis döyüşmürdülər. İlk yarıda Bakı nəhənginə öz şərtlərini diqtə etməyə imkan vermədilər. Ancaq sonra hər şey öz axarı ilə getdi, "İnter"in səviyyəsi oyunda öz sözünü dedi. Matç bitdi və hamı sakitçə dağılışdı. Məğlubiyyət öz yerində, həyat davam edir.
Və məni təəccübləndirən məqam - fanatlardan sonra zibil olduqca az idi, demək olar ki, görünmürdü. Bu cür fanatlara hörmət və rəğbət bəsləyirəm!
Beynəlxalq Hava Limanına qısa səyahət, təyyarəyə minmək üçün yüngülvari qarışıqlıq, Bakıya uçuş. Sağ ol, Naxçıvan, bəlkə yenə görüşdük.
Ən azından bir dəfə görüşəcəyik - fevralda".
Fanat.az