Xəbər verdiyimiz kimi, hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirində Azərbaycan yığması 1/2 final oyunu keçirib. Azerisport.az xəbər verir ki, Oman komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.
Hesabı Cavid Hüseynov açsa da, Oman yığması 2 qol vuraraq finala vəsiqə qazanıb.
Yığmamız turnirdə son oyununu iyulun 14-də, saat 17:00-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirəcək. III yer uğrunda qarşılaşmada futbolçularımızın rəqibi Kot d`İvuar yığması olacaq.
Final matçında isə Omanla İraq qarşılaşacaq.
İdman24.az