Topaz Premyer Liqasında VI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, cari mövsümdə ilk dəfə turun heç bir oyununda qırmızı vərəqə göstərilməyib.
Belə ki, bundan əvvəl baş tutan 5 turun hamısında azı 1 futbolçu meydandan qovulmuşdu. Belə ki, I, II və III turlarda 1, IV turda 2, V turda 3 futbolçu qırmızı vərəqə alıb.
Ümumilikdə hakimlər 8 oyunçuya matçı bitirməyə imkan verməyib. "Xəzər Lənkəran" və "Qəbələ"nin 2, AZAL, "Simurq", "Sumqayıt" və "Neftçi"nin 2 üzvü hakimlərin qəzəbinə tuş gəlib.
I tur
AZAL - Xəzər Lənkəran
Şəhriyar Rəhimov, 59 (AZAL).
II tur
Xəzər Lənkəran - Sumqayıt
Orxan Sadıqlı, 38 (Xəzər Lənkəran).
III tur
Simurq - Xəzər Ləkəran
Draqan Çeran, 90+2 (Simurq)
IV tur
Qəbələ - AZAL
Eduardo Makiel, 90+3 (Qəbələ).
Sumqayıt - Araz Naxçıvan
Vurğun Hüseynov, 52 (Sumqayıt)
V tur
Simurq - Qəbələ
Aleksandru Benqa, 86 (Qəbələ).
Neftçi - Xəzər Lənkəran
Saşa Stamenkoviç, 40 (Neftçi) - Tyeqo, 90+3 (Xəzər Lənkəran).
Fanat.az