AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“İnter” - “Bakı” matçının 30-cu dəqiqəsində qonaq komandanın məşqçisi Muarem Zekir texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klubu 1000 manat cərimə olunub.
AZAL "Sumqayıt"la oyunda 5, "Neftçi" "Qəbələ" ilə matçda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
Fanat.az