Topaz Premyer Liqasının VII turunun iki oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, hər iki qarşılaşmanı "İdman Azərbaycan" kanalı azarkeşlərə təqdim edəcək.
Kanal sentyabrın 27-də, saat 16.00-da başlayacaq turun mərkəzi qarşılaşması olan "Neftçi" - "Qarabağ" matçını yayımlayacaq. Ayın 28-də isə saat 19.00-da start götürəcək "Qəbələ" - "Xəzər Lənkəran" görüşü efirə veriləcək.
Fanat.az