17:39 24.09.2014 207

Valideynlər uşaqları niyə futbola yazdırır? - SORĞU

Bütün sahələrdə olduğu kimi, futbola da baxış ildən-ilə dəyişir. Heç kimə sirr deyil ki, 10-15 il əvvəllə müqayisədə Azərbaycanda futbolçular indi qat-qat çox pul qazanır. Bu səbəbdən daha valideynlər uşaqların önündə sədd qurmur, əksinə, özləri oğlan övladlarını aparıb, futbola yazdırırlar. Uşağın futbola həvəsli olub-olmaması isə əksər valideynlər üçün heç bir önəm kəsb etmir. Bəs keçmişin tanınmış futbolçuları, hazırda isə aşağı yaş qrupları üzrə komandalarda məşqçilik edənlər bu barədə nə düşünür?
 
Samir Musayev (“Qarabağ”ın U-16 komandasının baş məşqçisi): “İndiki uşaqlarda futbola maraq yoxdur. İnternetə, telefona, ona-buna maraq göstərirlər, amma futbola yox. Valideyn uşağı pul qazanmaq üçün futbola göndərir. İndiki uşaqlar baxırlar ki, böyük futbolçular evlər alırlar, bahalı maşınlar sürürlər, bunlar da o sevdaya düşürlər. Karyera qurmaq, Avropada oynamaq barədə isə düşünmürlər. Əgər valideyn hansısa bir klubda daha çox pul verirlər deyə, uşağın məşq etdiyi komandanı dəyişirsə, daha nə deyəsən? Bizim vaxtımızda belə deyildi. Mənim 14 yaşım olanda valideynlərim bilmirdilər ki, haradayam? Dərsdən qaçıb məşqə gəlirdim. İdman ayaqqabım yox idi, məcburən məktəb ayaqqabısı ilə futbol oynayırdım. Kim bilir, bizim vaxtımızda internet olsaydı, bəlkə də, biz də belə olardıq”.

Xaqani Məmmədov (“Qəbələ”nin U-14 komandasının baş məşqçisi): “Mən də bu fikirlə razıyam ki, indiki uşaqların futbola yanaşma tərzi düzgün deyil. Mobil telefon, internet çıxandan sonra təkcə futbola yox, çox şeyə maraq azalıb. 20 nəfərin içində 2-3 uşağın futbola marağı var. Qalanlar isə məşqə vaxt keçirməyə gəlirlər. Həmin uşaqlara tövsiyəm budur ki, futbola ciddi yanaşsınlar və bu sahəni seçiblərsə, sona qədər getsinlər. Elə valideyn var ki, uşağını futbola zorla gətirir. Televiziyadan futbola baxırlar və elə bilirlər ki, uşaqlarından da mütləq yaxşı futbolçu çıxacaq. Daha bilmirlər ki, ilk növbədə uşaqda maraq olmalıdır”.

Samir Abasov (“Sumqayıt”ın əvəzedici komandasının baş məşqçisi): “Əvvəllər bu qədər televiziya kanalı, internet, MakDonalds və digər əyləncələr yox idi. Buna görə də, biz fərqlənirdik. Biz futbola həyat kimi yanaşırdıq. İndiki yeniyetmə və gənclərin isə fikri budur ki, alınar alınar, alınmaz alınmaz. Məşqlərdə görürsən ki, bunların söhbətləri də başqadır. İndiki uşaqlar məşqdə öz oyunlarından çox, internetdə oynadıqları oyundan danışır. Bu ağılda olanlar tədricən məşqə də soyuq yanaşırlar. Bir də baxırsan ki, həftədə 1-2 məşq buraxmağa başlayıblar və beləcə futboldan uzaqlaşırlar. Daha doğrusu, futbol onlardan uzaqlaşır”.

Ramin Quliyev (“Qəbələ”nin U-17 komandasının baş məşqçisi): “Mən də indiki uşaqların futbola yanaşmasından narazıyam. Daha çox internetlə maraqlanırlar. Bu da uşaqları məşqdən yayındırır. Hər məşqdən öncə və sonra uşaqlarla söhbət edirəm. Bəzən fərdi olaraq, bəzən isə kollektiv şəkildə onlara çatdırıram ki, bunun axırı yoxdur. İnternetlə müqayisədə kitab oxumaq əqli cəhətdən daha xeyirlidir. Getdikcə hər şey müasirləşir. Bizim vaxtımızda isə belə deyildi. Bizdə futbola gedən uşaqların 2 məşğuliyyəti var idi: məktəb və məşq. Bu gün isə internet variantı da yaranıb. Baxırsan ki, vaxtlarının böyük hissəsini internetə, kompüterdəki oyunlara ayırırlar. Bu da onlar üçün nə qədər ziyandır”.

Aftandil Hacyev (“Qarabağ”ın əvəzedici komandasının məşqçisi): “Əvvəlki gənc oyunçularla müqayisə etsək, indikilərdə məsuliyyətsizlik var. Bəlkə də, bu, müasir texnologiyalarla bağlıdır. Uşaqlar daha çox internetə, kompüterə, planşet və mobil telefonlara maraq göstərirlər. Bu səbəbdən axşamlar gec yatırlar, rejimi pozurlar. İstedad məsələsinə gələndə, bu sarıdan heç vaxt problem olmayıb. Yəni indi də istedadlı uşaqlar var. Hətta deyərdim ki, istedad baxımından indiki dövrdə daha yaxşı oyunçular üzə çıxa bilər. Sadəcə, futbola ciddi yanaşmalıdırlar, bir də həmin uşaqları düz yönləndirmək lazımdır. Elə uşaqlar da var ki, texnologiya ilə maraqlanmır, futbola həvəsi böyükdür. Əslində uşaqların futbola məsuliyyətsiz yanaşmasının əsas günahkarı internet deyil. Əvvəlki uşaqlardan fərqli olaraq, indikilərdə həvəs azdır. Valideynlər futbolumuzda pul var deyə, uşaqlarını idmanın bu növünə yazdırırlar. Əvvəllər isə futbolçular daha çox küçədən, məhlədən çıxırdılar”.
 
Göründüyü kimi, 5 məşqçinin hər biri indiki uşaqların futbola yanaşmasından narazıdı. Əsas səbəb kimi isə 2 amil göstərilir: internet və həvəsin azalması. Əslində həvəsin azalmasında da internetin rolu böyükdü. İnternet dedikdə söhbət ondan düzgün istifadə etməməkdən gedir. Futbolda ilk addımlarını atan uşaq karyera qurmaq, Avropada oynamaq barədə yox, məşqdən tez çıxıb internetdə oyun oynamaq, gününü sosial şəbəkələrdə keçirmək barədə düşünürsə, ondan nəinki yaxşı, heç pis futbolçu da çıxmayacaq.  

lent.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

Facebookdan bizi izləməyi unutmayın.
X