18:22 24.09.2014 442

Premyer Liqanın6-cı turunun taktiki mənzərəsi


 

4-4-2-nin fırtınası


Cari mövsümə əla başlayan “İnter”in zəif “Bakı”yla oyunda xal itirməyəcəyini proqnozlaşdırmaq çətin deyildi. 5-4-1 taktiki sxeminə daha çox üstünlük verən Kaxaber Tsxadaze “zolaqlılar” önünə 4-4-2 ilə çıxmışdı. İbrahim Uzuncanın yetirmələrini 7 cavabsız qolla darmadağın edən “bankirlər”in qarşı tərəfi bütün komponentlərdə üstələməsi faktdı. Forvardların - Baçana Tsxadadze və Nildonun dubla imza atması isə ön xətdəki anlaşmanın səviyyəsindən xəbər verir. Müqavimətsiz təslim olan “şəhərlilər” indiki adı altında tarixinin ən böyükhesablı qələbəsini qazanan “ağ-göylər” qarşısında sadəcə, aciz qalmışdı. Uzuncanın əvəzləmələrinin işə yaramaması bəlli məsələdi. Tsxadadzenin oyunçu dəyişikliklərinə gəlincə, gürcü birinci müdaxiləni edəndə komandası artıq 5 top vurmuşdu. Yəni baş məşqçi Dieqo Madriqal, Elvin Məmmədov və Abdulla Abatsiyevə oyun praktikasını yaxşılaşdırmaq fürsəti yaratdı. Oyundan alınanların qismən yorulduğunu da söyləmək olar.


Heç-heçəyə razı idilər


Səfər heç-heçəsini Arif Əsədov üçün qazanc saymağa dəyər. Öz meydanında oynayan “Qəbələ”nin qol arayışlarını qabartmalıyıq. Hərçənd flaqman da “qınına girməmişdi”. Əksinə, müdafiədə namlı təsir bağışlayan “ağ-qaralar” bir neçə qol imkanı yaxaladı. Əsədovun taktiki dəyişikliyə əl atmadığı dəqiqdi. “Neftçi”nin ənənəvi 4-2-3-1 sxemiylə mübarizə aparmasına şərait yaradan mütəxəssisin bəzi futbolçulara fərqli tapşırıqlar verdiyi isə sezilirdi. 77-ci dəqiqədə daha yaradıcı Mirhüseyn Seyidovu dağıdıcı Erik Ramosla dəyişən Arif bəyin matçın final fitinə yaxın qol buraxmaqdan ehtiyatlandığı hiss olundusa, Dorinel  Muntyanunun da riskə getmək fikrində olmadığı üzə çıxdı.


Naxçıvanlılar 74 dəqiqə dözdü


Çempionatın debütantı Lənkəran səfərindən xalla qayıtsaydı, futbol ictimaiyyətini müsbət mənada təəccübləndirmiş olardı. İlk dəfə Əfran İsmayılova start heyətində güvənən Oğuz Çətinin “22 nömrə” ilə bağlı düzgün qərar verdiyini önə çəkək. Matçın ən yaxşısı qol vurmaqla yanaşı, Qalin İvanova məhsuldar ötürmə də verməyə imkan tapan Ağabala Ramazanov olsa da, İsmayılov yorulanadək  (67-ci dəqiqədə Sadio Tounkara ilə əvəzləndi) ən fəallardan idi. Birforvardlı taktiki sxemdən faydalanan tərəflərdən birinin əks-hücumlara bel bağlaması təbii qarşılanmalıdı. Əsgər Abdullayevin yetirmələri “fırtınalar meydanı”na xal üçün gəlmişdi. 24-cü dəqiqədə Qərib İbrahimovu Əlimirzə daşzərini ilə dəyişən naxçıvanlıların çalışdırıcısı meydanın özünə aid hissəsindən çıxmağa çətinlik çəkən “Araz Naxçıvan”ın “arxa cəbhə”yə böyük diqqət ayırmasına şərait yaratmağa çalışdı. Əslində, təzyiqi artıran “Xəzər Lənkəran” Abdullayevi buna məcbur etdi desək, vəziyyəti daha düzgün dəyərləndirmiş sayılarıq. 74-cü dəqiqəyə qədər hücumları dəf etməklə məşğul olan qonaqların qalan vaxtda qapısında iki qol görməsi sərgilənən oyuna uyğun hesabdı.


Layiqli səfər qələbəsi


Mövsümə gözləniləndən yaxşı start verən “Sumqayıt” ortabab AZAL-a evdə boyun əyibsə, nəticə qeyri-qənaətbəxşdi.  Minimal hesablı zəfər bir yana, “təyyarəçilər”in qonaq qismində at oynatdığını da iddia edə bilərik. İlk yarıda Tərlan Əhmədovun yetirmələri “kimyaçılar”a “futbol dərsi” keçdi və arzuladığı qolu 24-cü dəqiqədə vurdu. Fasilədən sonra isə qismən ehtiyatlı oyunu vacib sayan şüvəlanlılar müdafiədə diqqətli oynayaraq, əks-həmlələrdən istifadə etdi və rəqibinə yüzfaizli qol imkanı vermədi. Aqil Məmmədovun 62-ci dəqiqədə iki əvəzləməylə nəyisə dəyişmək cəhdi effektsiz alındı. “Sumqayıt”ın baş məşqçisi həmin müdaxilə zamanı varlığı ilə yoxluğu bilinməyən Kiyan Sultanpuru hücumdan, Təvəkkül Məmmədovu yarımmüdafiənin sağından ixtisara saldı. Bunadək mərkəzdə top qovan Məhəmməd Qurbanovu “nizənin sivri ucu”na çəkən çalışdırıcı onun mövqeyini Tofiq Mikayılova, Təvəkkülün cinahını isə Orxan Əliyevə tapşırdı. İstənilən halda atılan addım işə yaramadı. Əhmədovun dəyişikliklərinə baxsaq, hesabı kortəbii şəkildə qorumaq çabasında bulıunmadığını görərik. Yorulan sağ cinah müdafiəçisi Eltun Yaqublunu Novruz Məmmədovla əvəzləyən Tərlan bəy 86-cı dəqiqədə Con Kordoba – Toni Kostadinov, 89-da Luis Ramos – Viktor İbokoyi əvəzləmələriylə vaxt uddu və orta sahəyə “yeni nəfəs” gətirdi.


Sindrom belə qırıldı


Son 6 oyunda “Simurq”un qapısına yol tapmayan ağdamlılar Vüqar Nadirovun qoluyla uzun sürən qələbəsizlik və qolsuzluq həsrətinə son qoydu. Ənənəvi düzümlə matşa başlayan Qurban Qurbanov eksperimental heyətə güvənmişdi. 3 gün öncə “Sent-Etyen”ə qarşı meydana çıxan “11-lik”dən İbrahim Şehiç , Bədavi Hüseynov və Muarem Muarem ilk dəqiqədən meydanda oldu. Əlbəttə, Avroliqa görüşündə sonradan döyüşə atılan Vüqarı, Namiq Ələsgərovu və Namiq Yusifovu da yaddan çıxarmamalıyıq. Gənc Ələsgərovla Cavid Tağıyevin qərarlaşdığı cinahlar işini həvəslə görür, zaqatalalılar “Qarabağ”ın bu heyəti ilə bacarmırdı. İlk yarıda “Simurq”dan üstün oynayan “köhlən atlar”ın baş məşqçisi 58-ci dəqiqədə Reynaldo və Riçard Almeydanı oyuna qoşmaqla sanki qılıncı siyirdi və ağdamlılar daha məzmunlu çıxış sərgiləməyə, daha bitkin oyun göstərməyə başladı. Az keçməmiş meydanda olduğu müddətdə baxımlı keçidləri ilə şou göstərən Reynaldo Nadirovun fərqlənməsinə şərait yaratdı. Georgi Çixradze vəziyyətdən çıxış yolu tapmadı. Nə müdaxilələri uğurlu alındı, nə də taktikanı dəyişmək fikrinə düşdü.


Nihat, “Futbol+” qəzeti

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X