Topaz Premyer Liqasının VII turunda "Xəzər Lənkəran”ı qəbul edəcək "Qəbələ” hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar" məşqlərini doğma məkanda keçirir.
Ötən turun "Neftçi” ilə (0:0) oyunundan sonra qısa müddət istirahət edən komanda sentyabrın 24-dən məşq prosesini bərpa edib. Məşqlərdə iki futbolçu - zədəsi olan Vladimir Levin və Dodo iştirak etmir.
Qeyd edək ki, "Qəbələ"də bu futbolçulardan başqa, Adrian Ropotan da "Xəzər Lənkəran" matçını buraxacaq. Rumın yarımmüdafiəçi sarı vərəqə limitini doldurub.
Fanat.az