"Həmişə olduğu kimi “Xəzər Lənkəran”la oyunda da meydana qalib gəlmək üçün çıxacağıq. Qalib gəlməklə turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirə, daha da yaxşılaşdıra bilərik". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov deyib.
Futbolçu Premyer Liqanın VII turunda "Xəzər Lənkəran"la keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib: "Bütün matçlar kimi bu qarşılaşmaya da hazırlıq öz qaydasında gedir. Verilən tapşırıqlar üzərində çalışırıq. Bütün matçlardakı kimi yenə 3 xal çox vacibdi. Qarşıda fasilənin yaranıb-yaranmamasından asılı olmayaraq bizim üçün ən əsası, ən vacib olanı qələbədi. Hər oyuna da qələbə üçün çıxırıq".
Cavid rəqibin uğursuz çıxışına münasibət bildirib: “Xəzər Lənkəran” ın bu mövsüm keçirdiyi oyunları izləmişəm. Futbolda bəzən elə olur ki, yaxşı oynayırsan, amma qalib gələ bilmirsən. “Xəzər Lənkəran” da məhz bu halla üzləşib. Hər oyun yaxşı oynayırlar. Amma qol vura bilmirlər. Mənə elə gəlir ki, qarşıdakı matçda oyun intizamı daha yaxşı olan üstünlük qazanacaq. İmkanlardan daha tez kim istifadə etsə, ilk qolu kim vursa, o da qalib gələcək”.
Fanat.az