Azərbaycan – Şimali İrlandiya oyunundan öncə düzənlənəcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı dəqiqləşib. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşdən bir gün əvvəl Maykl Onil və Robert Prosineçki media önünə çıxacaq.
Əvvəlcə qonaq komandanın çalışdırıcısı Onil mətbuat konfransı keçirəcək. Sabah saat 18:15-də başlayacaq konfransdan 45 dəqiqə sonra britaniyalılar məşq keçəcək.
Ardından 19:45-də millimizin baş məşqçisi Prosineçki komandanın son durumu barədə jurnalistləri məlumatlandıracaq. 20:15-də isə yığmamız son məşqinə çıxacaq. Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Mətbuat konfransları və son məşqlər mərkəzi arenanın konfrans zalında reallaşacaq.
Fanat.Az