Sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin startı veriləcək. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsində cəmi 2 oyun keçirildiyindən, Avropanın ən nüfuzlu turnirində əsas mübarizə indi başlayacaq.
2 gündə keçiriləcək ilk matçlarda Azərbaycan təmsilçisi də olacaq. Belə ki, ölkəmiz Avropa Liqasından fərqli ÇL-də mübarizəyə II mərhələdə başladığından, “Neftçi” ən son start götürən təmsilçimiz olacaq.
Çempionumuz Albaniyanın “Skenderbeu” klubu ilə çərşənbə üzləşəcək ki, bunadək ilk oyun günündə 8 matç keçiriləcək. Ötən mövsüm qrup mərhələsində oynamış, 1/8 finala çıxan “Seltik” bu dəfə II təsnifat mərhələsindən start götürəcək.
Bizə tanış rəqiblərdən – vaxtilə “Bakı” və “Neftçi” ilə ÇL-də oynamış “Ekranas”la “Hafnarfyord” öz aralarında münasibətlərini ayırd edəcək. “Qarabağ”ın Avropa Liqasında mübarizədən kənarlaşdırdığı “Streymur” yenə Qafqaza səfər edərək, bu dəfə Tiflisdə “Dinamo”nun qonağı olacaq. “İnter”in ÇL-ə yenmiş “Partizan” isə İrəvanda qonaq olacaq. “Xəzər Lənkəran”la son 2 ildə Avropa Liqasında üzləşmiş “Nomme Kalyu” ilə Təl-Əviv “Makkabi”si də ilk oyunlarını səfərdə keçirəcək.
16 iyul
20:30. “Viktoriya” (Çexiya) – “Jelezniçar” (Bosniya və Herseqovina)
21:00. BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan)
21:00. “Dinamo” (Gürcüstan) – “Streymur” (Farer adaları)
22:00. “Şerif” (Moldova) – “Sutyeska” (Çernoqoriya)
22:00. “Ekranas” (Litva) – “Hafnarfyordur” (İslandiya)
22:30. “Fola” (Lüksemburq) – “Dinamo” (Xorvatiya)
22:30. “Birkirkara” (Malta) – “Maribor” (Sloveniya)
22:45. “Styaua” (Rumıniya) – “Vardar” (Makedoniya)
17 iyul
18:00. “Şirak” (Ermənistan) – “Partizan” (Serbiya)
20:30. HİK (Finlandiya) – “Nomme Kalyu” (Estoniya)
21:00. “Neftçi” (Azərbaycan) – “Skenderbeu” (Albaniya)
22:00. “Sliqo Rovers” (İrlandiya) – “Molde” (Norveç)
22:00. “Elfsborq” (İsveç) – “Dauqava” (Latviya)
23:15. TNS (Uels) – “Legiya” (Polşa)
23:15. “Slovan” (Slovakiya) – “Ludoqorets” (Çexiya)
23:30. “Qyor” (Macarıstan) – “Makkabi” (Təl-Əviv, İsrail)
23:45. “Kliftovill” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya)