Premyer Liqada yaranan 3 həftəlik fasilə zamanı "Qəbələ" doğma şəhəri tərk etməyəcək. Fanat.az xəbər verir ki, Dorinel Muntyanu yetirmələrini növbəti oyuna Qəbələdə hazırlayacaq.
Bu müddətdə 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən biri komandanın əvəzedici heyəti olacaq. "Qəbələ" ikinci oyununu böyük ehtimalla Gürcüstan klublarından birinə qarşı keçirəcək. Adı açıqlanmayan həmin klub bu məqsədlə "Qəbələ"yə səfər edəcək.
Fanat.az