Türkiyə mətbuatı Robert Prosineçki ilə bağlı yeni xəbər yayıb. Fanat.Az xəbər verir ki, ajansspor.com saytı xorvat mütəxəssisin millimizdən ayrıldığını iddia edib.
Xəbərdə bildirilir ki, "Bursaspor"un prezidenti Ali Ay Prosineçki ilə anlaşıb. Tərəflər iki illik müqaviləni razılaşdırıb.
İddiaya görə, Prosineçki bu gün meneceri Yaşar Çalışırla birlikdə AFFA rəhbərliyi ilə görüşüb. AFFA ona yeni müqavilə təklif edib, amma xorvat mütəxəssis qərarını verdiyini və "Bursaspor"da çalışmaq istədiyini bildirib.
Xəbərdə qeyd olunur ki, Prosineçki sabah AFFA rəhbərliyi ilə müqaviləsni pozacaq və Türkiyəyə yolanaraq 2 illik müqaviləyə imza atacaq.
Fanat.Az