17:20 30.09.2014 293

7-ci turun taktiki mənzərəsi


İkiqat sərrastlıq

“Avropa derbisi”nə tərəflər ənənəvi düzümlə başlamışdı. “Neftçi”nin baş məşqçisi Arif Əsədov kimi, həmkarı da 4-2-3-1-ə üstünlük vermişdi. Zədəli Çumbinyonun yoxluğunda oyun qurucusu mövqeyini Riçard Almeydaya tapşıran Qurban Qurbanov dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayevlə Namiq Yusifova şans verərək durumu sığortalamışdı. Zədəli Rəşad Sadıqovu  müdafiənin mərkəzində Admir Telinin əvəzləməsi isə hamının düşündüyü addım statusu daşıyırdı. Arif bəyin mikrozədədən əziyyət çəkən Flavinyonun mövqeyinə Mirhüseyn Seyidovu “qoyduğunu” da önə çəkək. Hə, flaqmanın çalışdırıcısının Nikolas Kanalesi ehtiyatda saxlayıb, “nizənin sivri ucu”nda oyun praktikası olmayan Ernest Nforu oynatması gözlənilən gediş deyildi. Başıbəlalı penalti qərarıyla hesabı açan Riçard oyun boyu ümidləri doğrultdusa, Qurban bəyin əvəzləmələri supereffekt  verdi. Oyuna sonradan çıxan Muarem Muarem ikinci, Leroy Corcun yerinə döyüşə atılan Vüqar Nadirov üçüncü topu vurdu. Bunadək Arif bəy dayaq yarımmüdafiəçilərindən birini – Kaueni ixtisara salmaqla vəziyyətdən çıxış yolu axtarmışdı. Lakin 64-cü dəqiqədə Nikolas Kanalesi oyuna qoşan mütəxəssisin müdaxilə cəhdi nəticəsiz qaldı. Bərbad oyun sərgiləyən çilili nəinki matçın nəbzini tutmağa çətinlik çəkdi, qapı istiqamətində zərbə də vurmadı. Hə, Əsədovun daha öncəki dəyişikliyi canlanmaya səbəb olmuşdu. Fasilədə Culius Vobayın oyundan alınması, Flavinyoya “çıx, oyna” deyilməsi lazım idi. Bununla belə, Araz Abdullayev  - Samir Məsimov dəyişikliyi uğur gətirmədi. Potensialından aşağı çıxışla yadda qalan Arazın yerində 75-ci dəqiqədən mücadiləyə başlayan Samir çulunu sudan çıxarmağa çalışdı.


Əzmkarlıqla gələn xal

Oyuna yaxşı başlayan “Xəzər Lənkəran” birinci dəqiqədə real qol şansını qaçıran Rauf Əliyevin epizodundan sonra sevinsəydi, sonrakı ssenari fərqli olardı. 40-cı dəqiqəyə qədər müdafiə olunan “Qəbələ” 47-ci dəqiqədə rəqibin mərkəz müdafiəçilərinin səhvini bağışlamadı – 1:0. Təbii, çoxsaylı top itkiləri oyunun gözəlliyini korlayır, azarkeşlər sərgilənən futboldan zövq ala bilmirdi. Ancaq qonaq qismində mübarizə aparan lənkəranlıların mübarizə əzmi qabardılmalıdı. Hesabı 84-cü dəqiqədə bərabərləşdirən cənub təmsilçisinin baş məşqçisi taktiki dəyişikliyə ehtiyac duymasa da əvəzləmələrlə oyunu gücləndirə bildi. Rauf final fitinə yaxın ideal fürsəti əldən verirsə, məşqçi nə etsin? Muntyanunun yetirmələrinin öz meydanında rəqibindən zəif oynadığını, ikinci qolu vurmaq istiqamətində böyük ölçüdə canfəşanlıq göstərmədiyini də xatırladaq. Rumının oyunçu dəyişiklikləri işə yaramadı.

90+1-ci dəqiqə gecdi...

İbrahim Uzuncanın  məcburiyyətdən oynatdığı gənclərin çox şey qazanması faktdı. “Araz Naxçıvan” üzərində qazanılan 2:1 hesablı zəfərə tamaşa edənlər sabit çıxışla diqqət çəkən Nurlan Novruzav, Nuran Qurbanov kimi futbolçuların bu dəfə də futbol oynaya bildiyini isbatladığının şahidi oldu. Rəqib hesabı bərabərləşdirəndən sonra özündə güc tapıb qələbə qolunu vuran “Bakı” çempionatın debütantı önündə sözünü deməyi bacardı. Düzdü, Uzuncanın oyunçu dəyişiklikləri oyunun sonlarında sürətin artmasıyla nəticələnmədi. Amma komanda gücünü paylaşa bilibsə, müdaxilələr nəticə verib. Əsgər Abdullayevin komandasının hesabda geri düşəndən sonra irəli atılması isə qəbuledilməz haldı. Sanki naxçıvanlılar qapılarına vurulan qollardan enerji alırdı.Müdafiəyəmeyilli çalışdırıcı kimi ad çıxarmış Əsgər bəyin 90+1-ci dəqiqədə Saşa Yunisoğlunu Rsulan Nəsirliylə əvəzləməsi çox gecikmiş addım idi. Müdafiəçini heç olmasa, 80-ci dəqiqədə ixtisara salsaydı, başqa məsələ.


Əhmədov yaxşı incələmişdi

4-cü dəqiqədə Kərim Diniyevlə hesabı açan AZAL rəqibin qısa sürən çaşqınlığından faydalansaydı, “İnter”in Şüvəlandan xalla qayıtmaq şansı minimuma enəcəkdi. Zonaları yaxşı bağlayan, mərkəzdə pressinq tətbiq edən “təyyarəçilər”in çalışdırıcısının rəqibi yaxşı incələdiyi sezilirdi. 4-5-1-dən istifadə edən Kaxaber Tsxadadzenin yetirmələri qol epizodu yaratmağa çətinlik çəkirdi. Düzdü, “bankirlər” Mikel Alvaroyla hesabı bərabərləşdirdi. Ancaq bu qol “İnater”in şüvəlanlıları komanda şəklində üstələməsi, meydanda “fırtına qoparması” anlamına gəlmədi. Arif Daşdəmirovun cinah asmasını zərərsizləşdirmək istəyən Laşa Kasradzenin ayağı boşa çıxmasaydı, Alvaro fərqlənməyəcəkdi. Tərlan Əhmədovun komandası oyunun sonlarında da hərəkətli idi.


Çixradze oyunu çevirdi

Birinci yarı başa çatanda “Simurq”un oyunda dönüş yaradacağına az adam inanardı. Amma fasilədə yetirmələrini toparlayan Georgi Çixradze ikinci hissədə 3 qola sevindi. Patrik Osiako ilə Əli Gökdəmirə ikinci yarıda oynamaq imkanı yaradan gürcü orta sahəyə nəzarəti ələ keçirdi. Məhz bu qərar həlledici oldu. Çixradzenin 66-cı dəqiqədən 3-5-2 taktikasına keçdiyini də nəzərinizə çatdıraq. Mütəxəssis komandası hesab arasındakı fərqi azaldandan sonra müdafiəçi Tural Axundovu gənc forvard Oruc Balaşlıyla əvəzləyərək hücumu gücləndirdi. Marko Stanoyeviçin İlkin Qırtımovun bərabərlik qolunun ardından uzaqdan “açdığı atəş” çətin missiyanın həyata keçməsini şərtləndirdi – 3:2. 

 

Nihat, “Futbol+” qəzeti

 

 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

Facebookdan bizi izləməyi unutmayın.
X