10:00 15.06.2017 790

"Görünür, onlar daha sərfəli təklifə üstünlük verdilər" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bakı"yla yoxlama matçından sonra klubun rəsmi saytına müsahibə verib.

 

Fanat.Az həmin müsahibəni təqdim edir:


- Hazırlıqlar necə gedir?

- Hər hansı fikir bildirmək üçün hələlik tezdir. Hazırlıq ümümən pis deyil, amma istədiyimiz kimi çalışa bilmirik. Bəzi oyunçularımız müəyyən səbəblərdən komanda ilə birgə deyil, aşağı yaş qruplarından futbolçular cəlb etmişik. Bizimlə yoxlama oyununa razılıq verdiyi üçün "Bakı”ya təşəkkür edirik. Rəqibin kimliyindən asılı olmayaraq, yoxlama matçına çıxmaq vacibdir. Hələ ki, ilk oyundu. Hələ ki, futbolçulardan istədiyimizi ala bilmirik. Bu gün hazırlıqlarımızın ilk hissəsini başa vurduq.  İki gündən sonra Avstriyaya təlim-məşq toplanışına yollanacağıq.


- Bir ara CAR millisinin üzvü Tokelo Rantienin adı "Qarabağ”la birgə hallanırdı. Ümumiyyətlə, yaxın günlərdə komandaya yeni futbolçular cəlb olunacaqmı?

- Bir neçə futbolçu transfer etmək istəyirik. Amma əfsuslar olsun ki, danışıq apardığımız iki futbolçu ilə son anda razılaşa bilmədik.


- Problem maliyyə ilə bağlı idi?

- Xeyr. Sadəcə, həmin futbolçulara digər klublardan da təklif oldu. Görünür, onlar daha sərfəli təklifə üstünlük verdilər.


- Bu futbolçular arasında Rantienin adı var idi?

- Bəli, var idi. Təəssüf ki, indiyə qədər heç kimi transfer etməmişik. Bəzi  futbolçularla danışıqlarımız davam edir. Rantienin transferi ilə bağlı dəqiq heç nə deyə bilmərəm.


- Muarem Muaremin komandadan gedişi gözlənilməz oldu...

- Muaremin müqaviləsi başa çatmışdı. Təəssüf ki, onunla görüşə bilmədim. Həmin ərəfədə Bakıda deyildim. Amma ona bildirmişdik ki, komandadan gedə bilər. Özü də buna hazır idi. Ola bilər ki, Muarem gələcəkdə yenidən komandamıza qayıtsın.


- Muaremə yeni müqavilənin təklif olunmaması elə təəssürat yaradır ki, artıq onun yerinə yeni futbolçu gələcək...

- Təəssüf ki, onun yerini doldura bilməmişik. Ola bilər ki, onun yerinə futbolçu cəlb olundu. Olmasa belə, onun boşluğunu doldura biləcək futbolçularımız var.


- Muaremin komandaya çox xeyri olub. Onu hamımız çox istəyirdik...

- Onu göndərmək istəməzdik. Bu, mənim ən çətin qərarlarımdan biri oldu. O da peşəkar futbolçudu, belə şeyləri çox gözəl başa düşür. Bu, işin gedişatıdı.


- Muaremin ilk dönəmi uğurlu idi, yoxsa "Əskişəhərspor”dan qayıtdıqdan sonra?

- O, komandaya gələndə gənc idi, adaptasiya olmaq üçün ona çox vaxt lazım oldu. Türkiyəyə gedənə qədər də komandamıza çox fayda verirdi və yaxşı oyun nümayiş etdirirdi. Sadəcə, Türkiyədəki karyerası uğurlu olmadı, oyun praktikası çatışmırdı. Çalışdıq ki, onun bacarığından maksimum istifadə edək.


- Dani Kintananın vəziyyəti necədir?

-  Ayın 20-də, Avstriya toplanışı zamanı fərdi məşqlərə başlayacaq. Gedişatdan asılı olaraq onun qayıdacağı tarix bəlli olacaq. Amma hələ onun bərpa prosesinin başa çatmasına çox var.


- Prosineçkinin "Bursaspor”a gedəcəyi ilə bağlı xəbərlar yayılanda, sizin də adınız milli komanda ilə birgə hallanırdı. Ümumiyyətlə, AFFA sizə müraciət etmişdi?

- Tövsiyyə etməzdim ki, sizlər də bunu müzakirə edəsiniz. Bu, istər-istəməz hər bir baş məşqçiyə təsir edə bilər. Prosineçkinin işi göz qabağındadır. Fikrimcə, Prosineçki Azərbaycan futbolu üçün çox faydalıdır. Mən də bu barədə düşünmürəm və heç bir danışıq olmayıb. Mənim fikrim hazırda "Qarabağ”la bağlıdır. Ümumiyyətlə, bu məsələyə görə Prosineçkinin üzərinə getməyə ehtiyac yoxdur.


- Şimali İrlandiya millisinin üzvü Kayl Laffertinin adı "Qarabağ”la birgə çəkilirdi. Futbolçu özü də mətbuata açıqlamasında bildirdi ki, "Qarabağ”la danışıq aparmağa hazıram...

- Onunla heç bir danışıq aparmamışıq. Laffertinin adı mənim transfer siyahımda olmayıb.


- Abbas Hüseynov "Qarabağ”a transfer olunsa da, onun Avropa Liqasında "İnter”ə kömək edəcəyi deyilir...

- Abbas komandamızladı. İkinci hissədə onu meydana buraxacam. "İnter”lə bu məsələ barədə danışmamışıq.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X