"Üç gün ərzində hansısa dəyişiklik ola bilməz. Ancaq "Qarabağ"la oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik". Fanat.az xəbər verir ki, bu sözləri Milan "İnter"inin baş məşqçisi Valter Matsari deyib.
"İnter" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq. Bu gün mətbuat konfransı keçirən Milan klubunun baş məşqçisi "Kalyari"yə 1:4 hesablı məğlubiyyətin təsadüf olduğunu "Qarabağ"la matçda sübut etmək istədiklərini bildirib: "Kalyari" ilə oyun komandada problemlərin olduğunu göstərdi. Ancaq biz həmin məğlubiyyətin təsadüfi olduğunu sübut etməliyik. "İnter"də lider yoxdu" fikri ilə razı deyiləm. Komandada xeyli təcrübəli futbolçumuz var. Vidiç kapitan olmaq istəyərdi. Lakin o, komanda yoldaşlarının dəstəyini görmədi".
Matsari heyətdəki itkilərdən danışıb: "Bir neçə futbolçumuz zədə səbəbindən sabahkı oyunda iştirak etməyəcək. Bununla belə, "İnter" təcrübəli komandadı. Zədəlilərimiz çox olsa da, ruhdan düşmürəm. Mateo Kovaçiçin həftəsonuna qədər bərpa olacağına ümid edirəm. Danilo Dambrozio, Coel Obi və Yuto Naqatomo sabah bizə kömək edə biləcəklər. Amma tək narahatlığımız Kovaçiçlə bağlıdı. Sabahkı matça bərpa olunmağa çalışsa da, həkimlər onun oynamasının sual altında olduğunu dedilər
"Qarabağ"ın yaxşı formada olduğunu deyib: "Hazırda bütün diqqətimi "Qarabağ"la oyuna yönəltmişəm. "Kalyari" ilə müqayisədə onlara qarşı fərqli oyun nümayiş etdirəcəyik. "Qarabağ" az tanınmış olsa da, hazırda yaxşı formadadı. Rəqibin çox yaxşı heyəti, güclü futbolçuları var. Kollektiv oyuna üstünlük versələr də, fərdi ustalığı ilə seçilən oyunçuları da az deyil. Onlar İtaliyaya maraqlı oyun üçün gəliblər. Bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Fanat.az