Ruslan Abışov milli komandanın heyətindən kənarlaşdırılıb. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Qəbələ"nin üzvü zədəli olduğu üçün Azərbaycan milli komandasının bu gündən etibarən başlayan və oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Qeyd edək ki, Ruslanın ayağında ağrılar var. Həkimlər ona iki həftə istirahət etməyi məsləhət görüb. Abışovdan başqa Rəşad Sadıqov, Mahir Şükürov, Vaqif Cavadov və Cihan Özkara da milliyə dəvət almayıb.
Yığmamız AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.
Fanat.az