UEFA yeni klub reytinqini açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan 454 klubun yer aldığı siyahıda 7 klubla təmsil olunub.
"Neftçi" ötən ayla müqayisədə iki pillə geriləyərək 174-cü yerə düşüb. "Qarabağ" və "İnter" də 2 pillə geriləyib. Ağdam klubu 201-ci, Bakı təmsilçisi 273-cü olub. "Xəzər Lənkəran" (300), "Bakı" (347), "Qəbələ" (371) və AZAL (372) ötən aykı mövqeyini qoruyub.
Reytinq cədvəli klubların avrukoboklarda son beş mövsümdəki (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlayır.
174 (172). Neftçi - 8.800
201 (199). Qarabağ - 7.300
273 (271). İnter - 4.800
300 (300). Xəzər Lənkəran - 4.050
347 (347). Bakı - 3.050
371 (371). Qəbələ - 2.550
372 (372). AZAL - 2.550
İlk "onluq"da ötən ay qərarlaşan komandaların siyahısında dəyişiklik olmayıb. Sadəcə "Atletiko" və "Mançester Yunayted" yerini dəyişib. Belə ki, "Atletiko" 6-cı pilləyə yüksəli, "Mançester Yunayted" 7-ci yerə düşüb: 1. "Real" (İspaniya), 2. "Barselona" (İspaniya), 3. "Bavariya" (Almaniya), 4. "Çelsi" (İngiltərə), 5. "Benfika" (Portuqaliya), 6. "Atletiko" (İspaniya), 7. "Mançester Yunayted" (İngiltərə), 8. "Şalke 04" (Almaniya), 9. "Valensiya" (İspaniya), 10. "Arsenal" (İngiltərə).
Fanat.az