"İtaliya ilə oyun bizim üçün maraqlı olacaq. Nəticədə dünyanın ən yaxşı milli komandalarından birinə qarşı oynayacağıq". Fanat.az xəbər verir ki, bu sözləri FIFA meneceri Vaqif Heydərli deyib.
İtaliyanın tuttomercatoweb.com saytı millimizlə oyundan sonra FIFA menecerindən müsahibə götürüb. O, millimizin səfərə səyahət üçün getmədiyini bildirib: "Əlbəttə ki, səfərdə belə güclü rəqibə qarşı mübarizə aparmaq komandamıza çox çətindi. Amma millimiz İtaliyaya vaxt itirmək, səyahət etmək üçün getməyib. Evə yaxşı nəticəylə dönmək istəyirik. Futbolçularımız Palermoda nəticə qazanmaq üçün bütün gücünü ortaya qoyacaq. İlk hissədə qol buraxmasaq, əminəm ki, xal qazanmaq imkanımız daha real olacaq".
Heydərli "Komandanızın lideri kimdi" sualına belə cavab verib: Kapitanımız Rəşad Sadıqov. Meydana çıxacaq 11 nəfəri bir-birindən ayırmaq istəməzdim. "Neftçi"nin gənc oyunçusu Araz Abdullayev istedadlı və potensiallıdı, amma baş məşqçinin ona ilk "11-lik"də şans verəcəyini düşünmürəm. Bundan başqa, Rauf Əliyev, Rahid Əmirquliyev və Qara Qarayev kimi digər yaxşı oyunçularımız var".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol