“Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Polşanın “Piast” klubunun Azərbaycana gəlmək üçün guya problemlərlə üzləşdiyi barədə açıqlamalara münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Onlar hələ viza almayıblar. Lakin biz onlara bu işdə kömək etməyə çalışırıq. Polşalıların viza ala bilməməsində günahkar onların özləridi. Çünki məsələni vaxtında həll etmək lazım idi. Daha gah Azrbaycanın mətbəxindən, suyundan, havasından şikayətlənməklə məşğul olmazdılar. İndi viza problemi ilə bağlı açıqlamalar verməklə də sadəcə günahı üzərlərindən atmağa çalışırlar. Ümid edirik ki, problem tezliklə yoluna qoyulacaq və onlar Bakıya gələ biləcəklər”.
İdman24.az