"Hyundai Motor Company" Tam Yeni Sonata-nın (2015 model ili) regional təqdimatını Azərbaycanda təşkil edib. Fanat.az xəbər verir ki, jurnalistlər üçün keçirilən sınaq yürüşünə futbolçu Ruslan Abışov da qatılıb.
Azərbaycan milli komandasının və “Qəbələ”nin üzvünün regional tədbirə qatılması "Hyundai"ın AFFA ilə partnyorluğu çərçivəsində olub. Yeni avtomobili sınaqdan keçirən futbolçu təəssüratlarını "Hyundai Motor Company" nümayəndələri ilə bölüşüb: “Avtomobil çox rahatdı. İdarəetmə üçün lazım olan hər bir cihaz, düymə sürücünün əli altındadı. Diqqəti kənara dağıtmadan avtomobili idarə edirsən. Yeni Sonatanın çevikliyini və gücünü də qeyd edim. Çünki mən burada yağışlı havada idarə etdim və belə bir şəraitdə avtomobil özünü çox yaxşı göstərdi. Bilirik ki, belə şəraitdə əyləc sistemi çox vacibdi. Avtomobilin həssas reaksiyasından belə başa düşmək olur ki, istehsal zamanı təhlükəsizliyə çox diqqət yetiriblər".
Fanat.az