Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la Polşanın “Piast” klubu arasında keçiriləcək oyunun biletlərini satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, VİP-dən başqa, bütün sektorlar üçün biletin qitməti 1 manat təşkil edir. C və D VİP sektorları üçün isə qiymət 20 manatdı. A və B VİP sektorları üçün biletlər satışda yoxdur.
İdman24.az