Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Zirə" - "Differdanj" oyununa canlı baxmaq istəyənlər klubun ayırdığı avtobuslardan istifadə edə biləcək. Fanat.Az xəbər verir ki, Mərdəkana - "Dalğa Arena"ya yollanmaq fikrinə düşənlər metronun "Koroğlu" stansiyasının yaxınlığında fanatları gözləyəcək xüsusi nəqliyyatdan faydalanacaq.
Klub rəhbərliyi tələbata uyğun olaraq başqa yerlərə də avtobus göndərəcək.
Qeyd edək ki, "qartallar" Lüksemburq təmsilçisiylə sabah 21:00-da üz-üzə gələcək.
Fanat.Az