“Zirə” daha bir futbolçunu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, gənc futbolçu Yusif Nəbiyev “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi müqavilə ilə məxsus olduğu “Qəbələ”dən 1 illik icarəyə götürülüb.
Nəbiyev ötən mövsüm icarə əsasında “Sumqayıt”ın formasını geyib. 19 yaşlı futbolçu 18 Premyer Liqa matçında 3 qol vurub.
Fanat.Az