17:12 17.07.2013 960

""Makkabi"yə 2:0 hesabı ilə qalib gələ bilərik..."

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah Hayfada yerli “Makkabi” klubunun qonağı olacaq “Xəzər Lənkəran”ın makedoniyalı futbolçusu Nikola Qliqorovun apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”a transferiniz mövsüm bitməmiş baş tutdu. Keçidiniz necə reallaşdı?

- Mənim əvvəlki komandamla müqaviləm mayın 31-də başa çatırdı. “Xəzər Lənkəran” nümayəndələri isə mənimlə hələ mövsüm başa çatmamış əlaqə saxlamışdılar. Hər şey çox rahat həll olundu və sonda müqavilə bağladıq. 

- “Xəzər Lənkəran”ın baş məşqçisi Makedoniya yığmasından yaxşı tanıdığınız Con Toşak deyil, digər mütəxəssis olsaydı təkliflə razılaşardınız?

- Bunu deyə bilmərəm. Toşak məni Makedoniya yığmasından tanıyır. Hazırda belə məşqçinin komandasında oynamaq mənim üçün böyük şərəfdir.

- Toşakın Makedoniya yığmasında və “Xəzər Lənkəran”da iş sistemində hansısa oxşar və fərqli cəhətləri var?

- Klubla milli tam başqadır. Millidə hansısa oyuna 2-3 qalmış məşq edirsənsə, klubda hər gün hazırlıq keçirsən. Bu səbəbdən müqayisə etmək istəməzdim. 

- Transferiniz baş tutanadək “Xəzər Lənkəran”, Azərbaycan futbolu haqda hansı məlumatlara malik idiniz? Azərbaycana gələndən sonra hansı qənaətə gəldiniz?

- Futbolunuz haqda ölkənizdə oynayan makedoniyalılar - Slavço Georgiyevski və Muarem Muraremdən məlumat almışam. Hər ikisi ilə vaxtilə bir klubda oynamışam. Gəlməzdən öncə də belə təəssüratım vardı ki, Azərbaycan futboluna böyük maliyyə yatırılır. Klublar ildən-ilə daha yaxşı nəticə qazanmaq, Avropada imkan daxilində daha irəli getmək istəyir. Artıq 1 aydır “Xəzər Lənkəran”dayam və həmyerlilərimin dedikləri ilə razılaşıram. Görürəm ki, həqiqətən Azərbaycan futbolunda inkişaf var. Ümid edirəm ki, komandamız bu il həm Avropada, həm də çempionatda uğura nail olacaq. 

- “Qarabağ” qitə miqyaslı turnirdə 2 dəfə “Metallurq”a, “İnter” isə keçmiş komandanız “Rabotniçki”yə qalib gəlib. Bu, o demək deyil ki, Azərbaycan klubları Makedoniya komandalarından güclüdür?

- Hazırda futbolda çox şey pula bağlıdır. Biz bu asılılığı görürük. Makedoniya və Azərbaycan klublarının büdcələrini müqayisə etsək, fərqin çox böyük olduğunu görərik. Bunun həqiqətən böyük rolu var. Ancaq eyni zamanda, onu bilmək lazımdır ki, futbolda zəif komanda olmur. Hamı “Slima”nı zəif hesab edirdi. Ancaq 2 oyunun nəticəsinə əsasən gördük ki, onlar necə mübarizə aparır. “Qarabağ”ın “Metallurq”u keçməyi şəxsən mənim üçün təəccüblü olmadı. Çünki büdcələri müqayisə etsək, bu, normaldır. 

- “Xəzər Lənkəran” gələn mövsüm 10 illik yubileyini çempionluqla qeyd etmək fikrindədir. Bununla, debütdəcə Azərbaycan çempionu olmaq şansını necə qiymətləndirirsiniz?

- Azərbaycandakı komandaları tanımadığımdan, ətraflı danışa bilmərəm. Əlbəttə, bilirəm ki, “Xəzər Lənkəran” bu il çempionluğa oynayacaq. 

- Sizə komandanın əsas heyətində möhkəmlənib, liderlərindən biri olmaq üçün nə qədər vaxt lazımdır?

- Bunu rahat demək olmaz. Ancaq onu qeyd edim ki, mən yarımmüdafiəçiyəm, futbol isə kollektiv idman növüdür. Məşqdə, oyunda bütün gücümlə çalışıram. Oyundan-oyuna özümü təkmilləşdirməyə çalışıram. Mən onu hədəfləməmişəm ki, komandanın liderlərindən biri olum. Sadəcə, meydanda bacardığımı qoyuram, öz işimi görürəm. 

- “Makkabi” ilə sabah keçiriləcək qarşılaşmadan nə gözləyirsiniz?

- “Makkabi” ilkin mərhələdə mübarizədən kənarlaşdırdığımız “Slima”dan daha güclüdür. Biz bunu dərk edirik. Ancaq eyni zamanda, “Makkabi”ni “Xəzər Lənkəran”dan aşkar güclü komanda saymıram. Etiraf eləmək lazımdır ki, bu cütlükdə favorit onlardır. Ancaq biz mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Oyunumuzla azarkeşləri sevindirməyə, “Xəzər Lənkəran”ı Avropada layiqincə təmsil etməyə çalışacağıq. 

- Beynəlxalq oyun təcrübəsi böyük olan futbolçu kimi fikirləriniz maraqlıdır: “Makkabi” ilə görüşdə uğur qazanmağın yolu nədən keçir?

- İlk növbədə özümüzə, oyunumuzun keyfiyyətinə inanmalıyıq. Baş məşqçinin istəyini, ideyalarını meydanda qoymağa çalışmalıyıq. Onu deyim ki, sabah hələ ilk oyundur. Bundan sonra Lənkəranda daha 90 dəqiqə olacaq. Sabah hətta 2:0 hesabı ilə də qalib gələ bilərik, amma bu, o demək ki, mərhələni keçmişik. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X