Avropa Liqasının qrup mərhələsinin 3-cü matçında Ukraynada "Dnepr"in qonağı olacaq "Qarabağ" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Premyer Liqanın son turundakı "Qəbələ matçından sonra birgünlük istirahətə buraxılan Ağdam təmsilçisi gündə 1 məşqlə oyuna hazırlaşır.
"Qarabağ" bu gün və sabah Bakıda məşqə çıxacaq. Oktyabrın 22-də isə təmsilçimiz Kiyevə yollanacaq.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı Ukraynanın paytaxtındakı Olimpiya stadionunda keçiriləcək. Görüş oktyabrın 23-dən 24-nə keçən gecə Bakı vaxtilə saat 00.05-də start götürəcək.
Fanat.az