Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Azərbaycan bu mərhələdəki hər iki təmsilçisi bu gecə meydana çıxıb.
Avrokuboklarda debüt mövsümünü keçirən "Zirə" Lüksemburqda “Differdanj”ın qonağı olub. Evdə 2:0 hesablı qələbə qazanan təmsilçimiz səfərdə də rəqibindən üstün olub - 2:1. Düzdü, hesab 11-ci dəqiqədə meydan sahibləri açıb. "Zirə" isə ikinci yarıda 4 dəqiqəyə iki qol vuraraq qələbəni bayram edib. Rəqib qapısına David Manqa və Riçard Qadze yol tapıb.
"Zirə" II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna rəqib olacaq. Bu komanda birbaşa II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
6 iyul
Differdanj (Lüksemburq) - Zirə (Azərbaycan) 1:1
Qollar: David Vandenbrok, 11 - David Manqa, 64. Riçard Qadze, 68.
Differdanj: 30. Julian Veber, 5. Tom Sibenaler, 9. Nikolas Perez, 11. Kotier Karon, 12. David Fluirval, 17. Yordan Yeye, 19. David Vandenbrok, 21. Matias Yaniş, 25. Cofri Franzioni, 28. Munir Hamzui, 34. Şadli Amiri.
Ehtiyat oyunçular: 1. Patik Vorre, 4. Andre Rodrigez, 6. Farid İkene, 7. Yannik Bastos, 15. Culiano Cekson, 20. Jilles Betmer, 27. Duayn Holter.
Baş məşqçi: Paskal Qarzaniqa.
Zirə: 1. Anar Nəzirov, 3. Jozef Bum Li, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 6. Rəşad Sadiqov, 9. David Manqa, 10. Kervens Belford, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Orxan Əliyev, 8. Milan Dyuriç, 13. Aleksandr Şemonyayev, 17. Vüsal İskəndərli, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Boris Marhefka, Tomaş Vorel, Yan Pozor, Pavol Xmura (Slovakiya).
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan).
Differdanj Şəhər Munisipal stadionu.
Fanat.Az