Topaz Premyer Liqasında IX tur çərçivəsində "Sumqayıt"la qarşılaşacaq "Qəbələ" üçün xoş müjdə gəlib. Klubdan Fanat.az-a verilən məlumata görə, komandanın aparıcı üzvü Ruslan Abışov zədəsini tam sağaldıb.
Abışov artıq kollektiv məşqlərdə iştirak edir və "Gənclik şəhəri"nin təmsilçisi ilə matçda heyətdə yer alacaq.
Fanat.az